Миграция и мигранты

Межрегиональный информационный портал
migrussia.ru

Uşaqların təhsili

Sizin uşaqlarınız RF-də qanuni əsaslarla olmalıdırlar, miqrasiya kartına və miqrasiya uçotuna qoyulma haqqında bildirişə (qeydiyyata) malik olmalıdırlar. Məktəb yaşlı və məktəbəqədər yaşlı uşağın gəlməyinin məqsədi "şəxsi"dir, o Rusiyada gəldiyi tarixdən hər yarım il ərzində 90 gündən artıq ola bilməz. Əgər uşaq bağçasına və ya məktəbə gedirsə - onun miqrasiya uçotu (qeydiyyatının) etibarlılıq müddəti patent üzrə işləyən valideynin və ya hər iki valideyninin qeydiyyatının etibarlılıq müddəti qədər, lakin 3 aydan çox olmayaraq uzadıla bilər.

Əcnəbi vətəndaşların 18 yaşına çatmamış uşaqları RF-də işləmək hüququna malik deyillər!

Əcnəbi vətəndaşların uşaqları RF vətəndaşlarının uşaqları kimi ödənişsiz əsaslarla uşaq bağçalarına gedə bilərlər və məktəbdə təhsil ala bilərlər.

Uşağı uşaq bağçasınaqoymaq üçün Siz yaxınlıqdakı uşaq bağçasının müdiriyyətinə və ya qeydiyyatda olduğunuz ərazi üzrə çoxfunksiyalı mərkəzə (ÇFM) müraciət etməlisiniz.

Böyük şəhərlərdə çox zaman uşaq bağçalarında yer olmur, bu səbəbdən də növbələr yaranır. Əgər Sizin uşaq bağçanızda boş yer yoxdursa Sizin uşağınız uşaq bağçasına qəbul edilməsi üçün növbəyə qoyulur və ya boş yerin olduğu başqa uşaq bağçasına göndərilir. Məsləhət görürük ki, uşağı əvvəlcədən uşaq bağçasına qoyasınız - yığım növbəti tədris ili üçün (1 sentyabrdan) fevral-aprel aylarında başlanır.

Uşaq bağçasına qoyulması üçün aşağıda göstərilən əcnəbi vətəndaşların uşaqları üstün hüquqlara malikdirlər: RF-də daimi yaşayan (yaşamaq hüququ olan) əcnəbi vətəndaşların uşaqları, çoxuşaqlı ailələrin uşaqları, uşaq bağçasının işçisinin ailəsinin uşaqları (əgər uşağın valideyni uşaq bağçasında və ya məktəbdə işləyirsə).

Tələb olunan sənədlər

Məktəb

Rusiyada olan məktəbyaşlı uşaqlar məktəbdə OXUMALIDIRLAR: əgər Siz uşağı məktəbə qoymursuzsa, onu əmək fəaliyyətinə cəlb edirsinizsə və onu pis şəraitdə saxlayırsızsa himayəçilik xidməti və polis Sizi məsuliyyətə cəlb edə bilər və uşaqları mənşə ölkəsinə göndərə bilər.
Uşaqlar valideynlərin müvəqqəti olduqları (miqrasiya uçotuna/qeydiyyata alındıqları) yerüzrə məktəbə qoyulmalıdırlar.

Uşağın məktəbə qəbul edilməsindən imtina edilməsi üçün yeganə əsas siniflərdə yerin olmamasıdır. Bu və ya digər sinifə yazılma tədris ilinin başlanmasına xeyli müddət əvvəl başlanır - Sizə yaşadığınız yerə ən yaxın məktəbin müdiriyyətinə əvvəlcədən müraciət etməyi tövsiyyə edirik: aprel-mayda növbəti tədris ili üçün (1 sentyabrdan), məktəbin birinci sinfinə yığım - növbəti tədris ili (1 sentyabrdan) üçün fevral-apreldədir.

Məktəb əcnəbi vətəndaşın uşağını qəbul etməkdən imtina etmək hüququna malik deyildir. Əgər məktəbin sinifləri həddən artıq dolmuşlarsa və onlarda yer yoxdursa Siz təhsilin təşkil edilməsi imkanının olduğu yaxınlıqdakı başqa məktəbə göndəriləcəksiniz. Məktəb müdiriyyətinin qanunsuz hərəkətləri haqqında Siz regionunuzda Təhsil üzrə komitəni̇n müfəttişliyinin "qaynar xəttinə", həmçinin rayon təhsil şöbəsinə (RTŞ) müraciət edə bilərsiniz.

Tələb olunan sənədlər

Bəzi̇ hallarda uşaq xüsusi̇komi̇ssi̇yadankeçməli̇ olacaqdır, həmi̇n komi̇ssi̇ya uşağın məktəbə hazırlıq dərəcəsi̇ni̇, rus di̇li̇ni̇ bi̇lməsi̇ni̇ müəyyən edəcəkdi̇r və uşağin hansi si̇ni̇fə getməsi̇ barədə qərar qəbul edəcəkdi̇r. Əgər uşaq Rusi̇ya məktəbi̇ndə təhsi̇l almağa hazir deyi̇ldi̇rsə, rus dilini pis bilirsə, rus uşaqları ilə ünsiyyəti pis qurursa bəzi regionlarda ictimai təşkilatlara müraciət etmək və zəruri dəstəyi almaq olar. Könüllülər uşaqlarla təlim məşğələlərini pulsuz keçirirlər, istirahətlərini və mədəni proqramları təşkil edirlər, uşaqlara Rusiya cəmiyyətinə alışmağa yardım göstərirlər.

Faydalı əlaqələr

Координатор портала

logopsp

Полезная информация

spb welcome banner