Tibbi yardım
!Rusiyada təcili və təxirəsalınmaz tibbi yardım PULSUZ göstərilir! Hətta sənədləriniz və tibbi polisiniz olmadığı halda sizə təcili tibbi yardım göstərilməlidir!
Təcili yardımın telefonları – 103 və ya 112 mobil telefondan.
Təcili yardım ilə aparılmış şəxs haqqında məlumat əldə etmək üçün Sizin regionda bədbəxt hadisələrin qeydiyyatı bürosuna müraciət edin. Tibbi yardım alınmasında problemlə qarşılaşdıqda RF Səhiyyə Nazirliyinin qaynar xəttinə müraciət edin: 8 800 200-03-89, www.rosminzdrav.ru Əgər Sizə təcili tibbi yardım göstərilməsindən intina edirlərsə sonradan şikayət etmək üçün yazılı imtina tələb edin.
Sizin planlı pullu müalicəyə ehtiyacınız olduqda Sizinlə dəyərini əvvəlcədən razılaşdırmaqla tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmalıdır. Bəzi xəstəxanalarda miqrantların sənədləri onlar tərəfindən göstərilmiş tibbi xidmətlərin ödənilməsinə qədər onlardan alınır. Sənədlərin girov götürülməsi qanunsuzdur, belə hallar barədə prokurorluğa və polisə məlumat verin.
Əcnəbi vətəndaşlar (o cümlədən uşaqlar) tibbi sığorta polisinə malik olmalıdırlar. Sizdə polis olmadığı halda - Sizi sərhəddən buraxmaya bilərlər, əmək müqaviləsi əsasında işə qəbul etməyə bilərlər, cərimə edə və ya hətta Rusiyadan çıxara bilərlər.
Tibbi polis iki növdə ola bilər:
1) KTS (könüllü tibbi sığorta)
2) İTS (icbari tibbi sığorta, ödənişsiz rəsmiləşdirilir)
1) KTS polisinə hər bir əcnəbi vətəndaş RF sərhəddini keçən zaman malik olmalıdır, və ya Rusiyaya gəldiyi ilk gün onu rəsmiləşdirməlidir. KTS polisi sığorta şirkətlərinin ofislərində, həmçinin "Poçta Rossii" bölmələrində rəsmiləşdirilir. KTS polisinin dəyəri sizin ala biləcəyiniz tibbi xidmətlərin keyfiyyətindən və miqdarından asılıdır. Bu məsələlər dərhal polis satın alındıqda dəqiqləşdirilməlidir. Əmək miqrantları üçün ən ucuz KTS bi̇r qayda olaraq yalniz dövlət poliklinikalarında və xəstəxanalarında təci̇li̇ və təxi̇rəsalinmaz ti̇bbi̇ yardim göstəri̇lməsi̇ni̇n dəyərini kompensasiya edir, həmçinin nəşin vətənə qaytarılmasının kompensasiyası haqqında müddəaları nəzərdə tutur.
Əcnəbi vətəndaşların uşaqları üçün KTS polisi bir qayda olaraq böyüklər üçün tibbi sığortadan bahadır. Təzə doğulmuş və südəmər uşaqlar üçün nəzərdə tutulmuş KTS polisləri xüsusilə bahadırlar. KTS polisi habelə uşaq məktəbə qəbul olunarkən tələb oluna bilər. Yadda saxlamaq vacibdir ki, uşaqlara təcili tibbi yardım istənilən halda pulsuzdur!
Qadın hamiləlik dövründə və doğuş zamanı planlı tibbi yardım almaq istəyirsə o KTS polisi rəsmiləşdirilərkən mütləq bu barədə bildirməlidir, belə ki, xüsusi sığorta proqramı tələb olunacaqdır.
KTS polisini rəsmiləşdirməkdə işəgötürən sizə yardım edə bilər (lakin o buna borclu deyilduir). Əgər Siz KTS polisini öz işəgötürəniniz vasitəsilə rəsmiləşdirirsizsə Sizə firmanızın rəhbərinin imza hüququ ilə etibarnaməsi tələb olunur.
Sizə KTS polisini vermiş sığorta təşkilatının telefon nömrəsini və adını mütləq yadda saxlayın, əgər Siz polisi itirsəz, Siz həmin sığorta şirkətinə müraciət edərək onu bərpa edə bilərsiniz və ya təcili tibbi yardım tələb olunduqda onun rəsmiləşdirilməsini təsdiq edə bilərsiniz. Sığorta polisinin itmə ehtimalı ilə bağlı onun surətini çıxarmaq faydalıdır.
2) Siz İTS polisi rəsmiləşdirə bilərsiniz, bu zaman siz aşağıda göstərilənlərə malik olmalısınız:müvəqqəti yaşayış icazəsi (MYİ); yaşamaq icazəsi (Yİ); Müvəqqəti sığınacaq verilməsi haqqında şəhadətnamə; qaçqın vəsiqəsi.
KTS və İTS polislərinin rəsmiləşdirilməsi üçün zəruri olan sənədlər.