Миграция и мигранты

Межрегиональный информационный портал
migrussia.ru

İş üçün patent

Həm hüquqi şəxsdə (şirkətdə və ya fərdi sahibkarda), həm də fiziki şəxsdə (məsələn, mənzil mülkiyyətçilərində və s.) işləmək üçün patent olmalıdır. Patent yalnız xüsusi miqrasiya mərkəzində rəsmiləşdirilir və yalnız aldığınız RF regionunda qüvvədədir.

Patentin rəsmiləşdirilməsinə sənədlərin verilmə müddəti - RF-yə daxil olduğu gündən 30 güntəşkil edir. Onu əməl etmək lazımdır, əks halda cərimə ödəməli olacaqsınız. Moskvadan başqa RF-nin bütün regionlarında patendə Peşələrin ümumrusiya təsnifatı üzrə ixtisas göstərilir, patentdə göstərilən Sizin seçdiyiniz yalnız bir ixtisas üzrə işləmək olar. Patentdə göstərilən ixtisas üzrə işləmədiyinizə görə, cərimənin tətbiq edilməsi mümkündür.

Zəruri sənədlərin siyahısı.

Yalnız şəxsən, Sizin regionunuzda Rusiyanın DİN-nin MMİ-nin Əmək miqrasiyası məsələləri üzrə şöbəsi yanında miqrasiya mərkəzinə müraciət edərək, patent almaq üçün sənədləri vermək olar. Müraciət edildiyi zaman ən azı 1 ay əvvəlcədən patentin ödənilməsi haqqında qəbzi təqdim etmək lazımdır. Patent ərizə və mövcud sənədlər təqdim olunduğu andan 10 iş günü ərzində rəsmiləşdirilir. İş üçün patentin hazır olması və həqiqiliyi haqqında https://mvd.rf/servisı-quvmsaytından məlumat ala bilərsiniz.

Patent əsasında olduğunuz yer üzrə miqrasiya uçotunun (qeydiyyatının) qüvvədə olma müddətinin uzadılması zəruridir.

Patent alındıqdan sonra 2 ay ərzində Siz RF DİN-nin Miqrasiya məsələləri üzrə baş idarəsinə çatdırılması haqqında xəbarnamə ilə sifarişli məktub ilə işəgötürənlə bağladığınız əmək müqaviləsinin surətini göndərməlisiz, yxud müqaviləni şəxsən RF DİN-nin Miqrasiya məsələləri üzrə baş idarəsinə təqdim etməlisiz, əks halda Sizin patentiniz etibarsız ola bilər!

Patentdən istifadə edilməsinə görə Siz hər bir növbəti iş ayına görə sabit avans şəklində vergi ödənişi etməlisiniz. Ödəniş məbləği RF-nın müxtəlif regionlarında fərqlidirlər və hər il üçün müəyyən edilir. Diqqət edin: ayın hesabı sənəddə göstərilən, iş üçün patentin alındığı tarixdən aparılır. Patentin ödənilməsi üçün rekvizitləri və Sizin tərəfinizdən ödənişlərin edilməsini təsdiq edən çekləri mütləq özünüzdə saxlayın. Ödəniş işin ödənildiyi hər bir ay başa çatana qədər 1 gündən gec olmayaraq həyata keçirilir. Patentin qüvvədə olmasının ən böyük müddəti – 1 ildir.

Sizin regionunuzda miqrasiya mərkəzinin əlaqə vasitələrini Siz "Regionlar haqqında informasiya" bölməsində "Patent" səhifəsində öyrənə bilərsiniz/

Patent itdikdə və ya korlandıqda Siz patentin dublikatının verilməsi haqqında ərizə ilə Sizin regionunuzda RF DİN-nin Miqrasiya məslələri üzrə baş idarəsinin Əmək miqrasiyası şöbəsinə müraciət etmək hüququnuz vardır. Ərizəyə pasport və pasportun surəti, miqrasiya kartı və onun surəti, patentin ödənilməsi haqqında sənəd (çek və ya ödəniş qəbzi) əlavə edilməlidir.

Patentin qüvvədə olma müddəti başa çatdıqdaRF-dən getmək və ya patentiin müddətini uzatmaq və ya onu yenidən rəsmiləşdirmək lazımdır, bunun üçün Sizin regiondan patentin etibarlılıq müddəti başa çatana qədər 10 iş günündən tez olmayaraq RF DİN MMİ-nin əmək miqrasiyası bölməsinə ərizə verməyiniz tələb olunur. İş üçün patent 12 aydan çox olmayan müddətə dəfələrlə yenidən rəsmiləşdirilə bilər. Bu halda, Siz fiziki şəxsdə işləyirsizsə, patentin uzadılması haqqında ərizəyə fiziki şəxslə əmək münasibətlərin olması haqqında bildiriş və Sizin işəgötürənin vəsatəti əlavə edilməlidir.

RF-də qanuni işə düzəlmə halında növbəti il üçün iş patenti yenidən rəsmiləşdirildikdə tam əmək haqqı üçün vergi güzəşti - fiziki şəxslərin gəlir vergisinin (FŞGV) artıq ödənilmiş məbləğinin qaytarılmasını əldə etmək olar. Bunu yalnız Siz rəsmi əmək müqaviləsi əsasında işlədiyiniz halda və ya Federal vergi xidməti bölməsinə gəlirləriniz haqqında vergi bəyannaməsini təqdim etdiyiniz halda etmək olar. Əgər Sizin əmək haqqınızdan tutulmuş FŞGV patent üzrə avans vergi ödənişləri məbləğindən çoxdursa Siz ərizə verərək artıq ödənilmiş vergiləri özünüzün bank hesabınıza qaytara bilərsiniz, bunun üçün qeydiyyatda olduğunuz yer üzrə Federal vergi xidmətinə müraciət etməlisiniz.

Координатор портала

logopsp

Полезная информация

spb welcome banner