Миграция и мигранты

Межрегиональный информационный портал
migrussia.ru

Polis ilə əməkdaşlıq

Siz cinayətin şahidi və ya qurbanı olmusunuzsa polisə müraciət edin - 02, 102 və ya 112, www.mvd.rf

Əcnəbi vətəndaşların RF-də daimi və ya müvəqqəti yaşama, müvəqqəti olma, RF-yə gəlmə və getmə, RF ərazisindən keçmək qaydalarına əcnəbi vətəndaşlar tərəfindən riayət edilməsinə və əcnəbi işçilərin əmək fəaliyyətinə nəzarətin həyata keçirilməsi polisin vəzifələrinə aiddir. Polis işçiləri vətəndaşlar haqqında inzibati hüquqpozma haqqında işin qaldırılmasına səbəb varsa, həmçinin onların saxlanılması üçün əsas olduqda həmin vətəndaşların şəxsiyyətini təsdiq edən sənədləri yoxlamaq hüquqlarına malikdirlər; nəzarət edilməsi polisə həvalə edilmiş müəyyən hərəkətlərin edilməsinə və ya müəyyən növ fəaliyyətin həyata keçirilməsinə vətəndaşların icazələrinin və başqa sənədlərinin olmasını yoxlamaq da polisin hüququdur.

Əcnəbi vətəndaş pasportunu, miqrasiya kartını, qeydiyyatı, ödəniş barədə çeklərlə birlikdə iş patentini, qüvvədə olan tibb polisini həmişə özündə saxlamalıdır. Bu sənədləri yalnız xidməti vəzifələrini icra edən zaman polis əməkdaşları yoxlamaq hüququna malikdirlər. Onlar polis formasında olmalıdırlar və üzərlərində xüsusi döş nışanı (jeton) olmalıdır - onun nömrəsini yadda saxlayın və ya yazın. Polis Sizə müraciət etdikdə öz rütbəsini, vəzifəsini, soyadını bildirməlidir, öz vəsiqəsini təqdim etməldir və sənədlərin yoxlanılmasının səbəbini və məqsədini izah etməlidir ("Polis haqqında" Qanunun 5-ci maddəsinin 4-cü bəndi). Səbəb izah edilmədən sənədləri yoxlamaq olmaz - polisdə Sizin hüquqpozma törətməyinizə şübhə üçün əsas olmalıdır. Sənədləri öz əlində, onları əməkdaşa verməməklə və onu bu haqda xəbərdar etməklə, göstərmək olar. Polisdə sənədlərin saxta olmasında şübhə yarana bilər. Bu halda onunla birlikdə xüsusi baza üzrə əslini müəyyən etmək üçün ən yaxın polis məntəqəsinə getmək lazımdır. Qohumlara və dostlarınıza zəng edin və məlumat verin ki, harada və kimlə danışırsız, bu çox vacibdir.

Rüşvət vermək cinayətdir! Polisə pul verməyin!

Sənədlər həmçinin xüsusi reyd zamanı RF DİN Miqrasiya məslələri üzrə baş idarənin əməkdaşları tərəfindən yoxlanıla bilərlər. Göstərilən iş yerinin və vəzifənin faktiki üst-üztə düşməsi yoxlanılır. Yoxlama nəticəsi üzrə əməkdaşlar akt tərtib edirlər və nöqsanlar müəyyən edildikdə, protokol tərtib edilir. Aktın və ya protokolun bir nüsxəsi mütləq saxlanılana verilir.

Saxlanıldığı halda

Saxlanılan şəxsdə telefon ilə danışmaq hüququ vardır ("Polis haqqında" Qanunun 14-cü maddəsinin 7-ci bəndi). Məhkəmə qərarınadək vətəndaş 48 saatdan çox olmayaraq müddətə saxlanıla bilər. Saxlanılma haqqında protokol tərtib edilir. Protokolu, siz onu oxumamışsınızsa, onun məzmununu başa düşmürsünüzsə və ya orda yazılanlarla razı deyilsizsə, imzalamayın. Mütləq protokolda öz mövqeyinizi yazın - bunun üçün xüsusi sahə ayrılmışdır. Protokolla öz dilinizdə tanış olmaq üçün Siz tərcüməçi tələb etmək hüququna maliksiz (Sizə tərçüməçi təqdim edilmədikdə, bu haqda protokolda qeyd edin (öz dilinizdə olar). Məhkəmədə protokolda göstərilən sizin qeydləriniz mütləq vacib sübut kimi qəbul ediləcəkdir. Yalnız saxlanılma haqqında protokol tərtib edildikdən sonra, Sizin haqqınızda hüquqpozmalar haqqında protokol tərtib edilə bilər. Siz protokolun məzmunu ilə razı deyilsizsə "Protokolla razı deyiləm" yazın və nəyə görə razı olmadığınızı göstərin. Mütləq protokolun surətinin Sizə verilməsini xahiş edin ("Polis haqqında" Qanunun 14-cü maddəsinin 15-ci bəndi). Miqrasiya sahəsində inzibati hüquqpozmalar haqqında protokolu yalnız Miqrasiya məsələləri üzrə idarənin əməkdaşları tərtib edilə bilər. Protokolun tərtib edilməsi o demək deyildir ki, Siz cəriməni ödəməlisiniz - Sizin işinizə Sizin iştirakınız ilə məhkəmədə və ya DİN MMİ-nin rayon şöbəsində baxılmalıdır. İşə baxılmanın nəticələrinə dair Sizə qərar verilməlidir, Siz həmin qərarı icra etməli və ya ondan 10 gün müddətində məhkəməyə şikayət verməlisiniz.

! Polis əməkdaşlarının Sizin sənədlərinizi cərimənin və ya digər ödənişin ödənilməsi üçün girov götürmək hüquqları yoxdur, bu qanunsuzdur (RF İHHM ст. 19.17. ). Qərar olmadan cərimənin ödənilməsi tələbi - qanunsuzdur! Əgər sizi qanunsuz tutmuşlarsa və ya qanunsuz polisdə saxlayırlarsa Sizin regionunuzdakı İctimai Müşahidə Komissiyasına (İMK) müraciət edin.İMK-nın üzvləri həmçinin əcnəbi vətəndaşların saxlanma şəraitini yoxlamaq hüququna malikdirlər, Sizə pulsuz hüquqi yardım göstərə bilərlər.

Əgər polis əməkdaşlar Sizin hüquqlarınızı pozurlarsa, ərizələri qəbul etməkdən imtina edirlərsə, öz öhdəliklərini icra etmirlərsə, rüşvət tələb edirlərsə və ya zorakılıq edirlərsə Siz köməklik göstərilməsi üçün dövlət və ya ictimai təşkilatlara müraciət edə bilərsiniz.

Координатор портала

logopsp

Полезная информация

spb welcome banner