Miqrasiya uçotu (qeydiyyatı)
Hər bir xarici vətəndaş Rusiyaya gəldikdə 7 gün ərzində, Tacikistan vətəndaşları 15 gün ərzində ( mehmanxanada və ya yataqxanada qaldığı halda 1 iş günü ərzində) olduğu yer üzrə miqrasiya uçotuna dayanmalıdırlar (qeydiyyatdan keçməlidirlər). Gəldiyi andan 1 gün ərzində miqrantın növbə üsulu ilə işlədiyi təşkilat, həmçinin sosial idarə əcnəbinin miqrasiya uçotunu rəsmiləşdirməlidir. Həmvətənlərin köçürülmə proqramının iştirakçıları RF-yə gəldikdən sonra 37 gün ərzində olduğu yer üzrə uçota dayanmalıdırlar.
Miqrasiya uçotuna faktiki yaşadığı yer üzrə dayanmaq lazımdır, əks halda miqrasiya rejimini pozduğunuza görə Sizi məsuliyyətə cəlb edə və cərimə edə bilərlər!
Miqrasiya uçotuna qoyulmanı qəbul edən tərəf öz ünvanı üzrə əcnəbi vətəndaşı qeydiyyata salan insan və ya təşkilat həyata keçirir.
Qəbul edən tərəf aşağıda göstərilənlər ola bilərlər:
• Sizin işləməyə hazırlaşdığınız regionda daimi qeydiyyatda olan RF vətəndaşı;
• RF-nın ərazisində daimi yaşayan əcnəbi vətəndaş;
• əcnəbi vətəndaş - yaşayış sahəsinin mülkiyyətçisi;
• hüquqi şəxs: işəgötürən təşkilat, mehmanxana, qeyri-kommersiya təşkilatı.
RF-də yaşayış sahəsi olan əcnəbi vətəndaşlar, özlərini, mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etməklə, bu ünvan üzrə özləri miqrasiya uçotuna dayana bilərlər.
Miqrasiya uçotuna necə durmaq olar:
1) Əcnəbi vətəndaşın olduğu yerə gəlməsi haqqında xüsusi blankı-bildirişi doldurmaq. Onu RF DİN-nin saytından yükləmək olar,və ya sizin regionunuzda Rusiyanın DİN-in MMBİ-nin ərazi bölmələrində, dövlət xidmətlərinin göstərildiyi çoxfunksiyalı mərkəzlərdə (ÇFM) və ya "Poçta Rossii" FDUM-nin bölmələrində pulsuz almaq olar.
Hər iki hissədə mütləq olduğunuz ünvan, qəbul edən tərəfin şəxsi məlumatları və əcnəbi vətəndaşın şəxsi məlumatları göstərilməlidirlər. Qəbul edən tərəf blankda öz imzasını, qəbul edən təşkilat isə - möhür və rəhbərin imzasını qoyur.
2) Bildirişi əcnəbi vətəndaşın pasportunun surəti, RF vətəndaşının (qəbul edən tərəfin) pasportunun surəti və miqrasiya kartının surəti ilə "Poçta Rossii" vasitəsi ilə RF DİN-nin MMBİ-nə göndərin. Bildirişin RF DİN-nin MMBİ-nin bölməsinə birbaşa verilməsi PULSUZDUR. ÇFM-də miqrasiya uçotuna qoyulan zaman bildiriş Sizin iştirakınız olmadan çoxfunksiyalı mərkəzin əməkdaşları tərəfindən miqrasiya xidmətinə göndərilir.
3) Sizin regionda Rusiya DİNİ Miqrasiya məsələləri üzrə İdarənin, ÇFM və ya "Poçta Rossii" FDPİ-nin işçilərindən qəbul qeydinin qoyulduğu bildirişin qopardılmış blankı hissəsini almaq və özündə saxlamaq.
Bu sənəd sərhəddin keçildiyi andan 90 gündən çox olmayan müddətə rəsmiləşdirilir, lakin işləmək hüququ vermir.
Patent aldıqdan və işə düzəldikdən sonra miqrasiya uçotu - ödəniş çekləri və əmək müqaviləsinin surəti təqdim edilməklə mütəmadi olaraq ödənilmiş iş patentinin qüvvədə olduğu müddətə qədər, lakin gəldiyiniz gündən 1 ildən çox olmayan müddətə uzadılmalıdır. Qeydiyyatın uzadılması üçün Siz yaşadığınız rayonun RF DİN MMBİ-nin şöbəsinə müraciət etməlisiniz və miqrasiya kartını, miqrasiya uçotuna qoyulma haqqında bildirişi və iş patentini təqdim etməlisiniz.
Miqrasiya Uçotuna dayanma haqqında bildirişin kserosurətini çıxarın - bu Sizə sənədi, Siz onu itirdikdə və ya korladıqda, RF DİN-nin MMBİ-nin bölməsində bərpa etməyə kömək edəcəkdir.