Hazırlıq və Rusiyaya giriş
Qanunvericilik və beynəlxalq müqavilələr
RF-yə gəlmək niyyəti olan xarici vətəndaşa məsləhətlər:
• ünsiyyət və iş üçün kifayət səviyyədə Rusiya mədəniyyət normalarını və rus dilini bilin.
• öz dil biliyinizin səviyyəsini yoxlamaq və qaldırmaq üçün aşağıda göstərilən saytlardan və Android əlavəsindən istifadə edin: "Rossiya dlya vsex" (Özbəkistan), TORFL GO, pushkininstitute.ru – "Obrazovaniye na russkom" portalı, mezhdunami.org, russky.info, rustest-online.ru
• miqrasiya, sosial və əmək münasibətləri sahəsində Rusiya qanunlarını və əsas qaydaları bilin; Rusiyada miqrasiya uçotuna qoyulması və işə gəbul edilməsi qaydaları ilə tanış olun. Bu mövzu üzrə informasiyanı, materialları bizim saytlarda tapa bilərsiniz.
• öz ölkənizdən çıxanadək işəgötürəni tapın və əmək müqaviləsini rəsmiləşdirmək ilə onunla leqal (qanuni) işə düzəlməni razılaşdırın.
• iş axtarmaq üçün rəsmi resurslardan – məsələn trudvsem.ruümumrusiya vakansiyalar bazasından istifadə edin
• Rusiyanın DİN-nın rəsmi saytındaSizə Rusiyaya girişin qadağan olmadığını yoxlayın.
• tibbi sığorta polisini rəsmiləşdirin.
• Rusiyada kömək edə biləcək dövlət və ictimai təşkilatları ilə əlaqə nömrələrini öyrənin.
l• birinci günlər üçün 2-3 ay ərzində yaşayış sahəsinin kirayəsi, sənədlərin rəsmiləşdirilməsi və qidalanma üçün kifayət miqdarda pulunuz olsun.
Sərhəddən keçmək və miqrasiya kartının rəsmiləşdirilməsi
Rusiyaya girmək üçün xarici vətəndaşlar etibarlı olan xarici pasporta malik olmalıdırlar. MDB (Özbəkistan, Tacikistan, Moldova, Azərbaycan, Ukrayna) və AAİİ-nin vətəndaşları vizasız gəlmək və RF-də hər bir 180 günlük dövrdə 90 günə qədər müddətdə olmaq hüququna malikdirlər.
Rusiyaya girdikdə Siz sığorta polisinə malik olmalısınız. Polisi öz ölkənizdə və ya Rusiya ərazisində daxil olduğu gün istənilən sığorta təşkilatında, iri hava limanlarında və vağzallarda və həmçinin Rusiya Poçtunun bölmələrində ala bilərsiniz. Polisdə tibbi yardımın göstərilməsi şərtləri və Rusiyada sığorta şirkətinin əlaqə telefonları göstərilməlidirlər.
RF-yə daxil olduqda xarici vətəndaşlara PULSUZ MİQRASİYA KARTI verilir. Siz onu doldurmalısız və sərhəd nəzarəti işçilərinə təqdim etməlisiniz. Latın qrafikasi ilə – Sizin pasportunuzda göstərilmiş şəxsi məlumatlarınıza uyğun yaza bilərsiniz. Bəzi hallarda miqrasiya kartı sahibin sənədlərinə uyğun qaydada Rusiyanın FTX-nin Sərhəd xidmətinin əməkdaşları tərəfindən doldurulur.
! RF-də Sizin gəlməyinizin məqsədinin miqrasiya kartında düzgün göstərilməsinə nəzarət edin! Rusiyaya giriş məqsədinizin düzgün göstərilməsi çox vacibdir (şəxsi, iş, təhsil, turizm və s.) – sonradan onu dəyişmək mümkün olmayacaqdır.
RF-yə giriş faktı Sizin xarici pasportunuza və miqrasiya kartınıza sərhəd nəzarəti əməkdaşları təərfindən vurulan giriş ştampı ilə təsdiq olunur. Nəzarət edin ki, ştamp sənədlərin ikisinə də vurulsun! (Siz RF-yə daxili pasport ilə daxil olduqda, ştamp yalnız miqrasiya kartına vurulur). Ştampda sərhəddi keçmə tarixi aydın görünməlidir, əks halda sonradan Sizin qanunsuz gəlməyinizdən şübhələnəcəklər.
!Miqrasiya kartını yalnız sərhəddə qanuni rəsmiləşdirmək olar. Heç bir halda miqrasiya kartını əldən almayın. Saxta miqrasiya kartının təqdim edilməsi girişə qadağan qoyulmaqla RF-nın hüdudlarından kənara çıxarılmaqla cərimə ilə cəzalandırılır. Saxta sənədlərin əvvəlcədən bilərək istifadə edilməsinə görə cinayət məsuliyyəti tətbiq olunur.